|
Main » 2008 » August » 17 » Hiylegersen?
Hiylegersen? | 17:21 |
Suallara «hə» və ya «yox» cavabı verin.
1. Həmsöhbətinə acı cavab verməkdən çəkinirsən ki, onun xətrinə dəyə bilərsən? («hə» - 0, «yox» - 1) 2. İşə gecikəndə otağa səssiz girirsən ki, səni heç kim görməsin? («hə» - 1, «yox» -0) 3. Qorxub, risk etmədiyini dostunun etməsini xahiş edərsən? («hə»- 1, «yox» - 0) 4. Oyunda məğlub olmağı bacarırsan? («hə»- 0, «yox»- 1) 5. Zarafat etməyi bacarırsan? («hə»- 1, «yox» -0) 6. Birinə elə yalan danışa bilərsən ki, o, bunun sayəsində açıb həqiqəti sizə söyləsin? («hə»- 1, «yox»-0) 7. Məktəbli ikən yoldaşından yoxlamanı köçürəndə o, bunu hiss edib? («hə»- 1, «yox»-0) 8. İstədiyini əldə etmək üçün mütləq bir yol axtarıb tapırsan? («hə»- 1 «yox»- 0) 9. O qədər bic ola bilərsən ki, bunu heç kim hiss etməsin? («hə»-1, «yox»-0)
Nəticə: 6 baldan yuxarı: Sən çox bicsən. Elə bir şey yoxdur ki, sənin nəzərindən qaçsın. İstədiyini əldə etmək üçün biclikdə hər yola əl atırsan. Lakin bu xasiyyət zamanla səni insanlara qarşı qeyri-səmimi edə bilər. Xasiyyətində bir az dəyişiklik etsən yaxşı olar. 3 baldan 6 bala qədər: Sən çox ağıllısan. Səni heç kim aldada bilməz. Və eyni zamanda yalan danışmağı sevmirsən. Bu cür xasiyyət insanları sənə yaxınlaşdırır. 3 baldan aşağı: Sən hər şeyə inanan insansan. Səni aldatmaq və hövsələdən çıxartmaq çox asandır. Ona görə də hər zaman dostlarının gülüş obyektinə çevrilirsən.
|
Views: 3052 |
Added by: azbaku
|
|
Statistics |
Onlinedə Cəmi: 1 Qonaqlar: 1 İstifadəcilər: 0 |
|